İran hicab qanununun ləğv olunduğunu açıqladı

İranda artıq hicab taxmaq hüquqi baxımdan məcburi deyil.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın Məqsədəuyğunluq Şurasının üzvü Mohəmmədrəza Bahonər açıqlama verib.
O bildirib ki, “hicabın məcburi olmasına dair qanun artıq hüquqi qüvvəyə malik deyil. İranda hicab taxmaq qanuni öhdəlik sayılmır və bu qaydanı pozanlara qarşı heç bir cərimə, sanksiya və ya hüquqi məsuliyyət tətbiq olunmayacaq. Bunu polisə də çatdırın,” – deyə Bahonər vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl İran parlamenti “Ailənin dəstəklənməsi, ismət və hicabın təşviqi haqqında qanun” qəbul etmişdi. Lakin həmin qanunun icrası sonradan ölkənin ali dövlət orqanları tərəfindən dayandırılıb.
10:33 05.10.2025
Oxunuş sayı: 4664