Rusiyalı qılıncoynadan: "Komanda yoldaşıma qarşı final görüşü çətin oldu"

lll MDB Oyunlarında qılıncoynatmanın
sablya növü üzrə final görüşü çətin keçib.
Crossmedia.az
xəbər verir ki, bunu qızıl medal qazanan rusiyalı idmançı Yaroslav Borisov deyib.
O, Gəncədə əldə etdiyi mükafatın
karyerasında xüsusi yer tutacağını söyləyib:
"Final görüşü çətin oldu. Rəqibim
komanda yoldaşım idi. Gərgin qarşılaşmanın sonunda bəxtim gətirdi və qələbə
qazandım. Ümumiyyətlə, yarış asan deyildi. Çünki rəqiblərim MDB-dən olan
idmançılar idi. Bu, karyeramda qazandığım əhəmiyyətli medaldır".
Qeyd edək ki, Yaroslav Borisov finalda
həmyerlisi Pyotr Tayçenaçevə 15:8 hesabı ilə qalib gəlib.(Report)
19:20 02.10.2025
Oxunuş sayı: 924