İtaliya Prezidenti Sercio Mattarellanın Bakıda rəsmi qarşılanma mərasimi keçirilib






Sentyabrın 30-da Azərbaycan
Respublikasına rəsmi səfərə gələn İtaliya Respublikasının Prezidenti Sercio
Mattarellanın rəsmi qarşılanma mərasimi olub.
Crossmedia.az
xəbər verir ki, hər iki ölkənin
Dövlət bayraqlarının dalğalandığı meydanda İtaliya Prezidentinin şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham
Əliyev İtaliya Prezidenti Sercio Mattarellanı qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi
İtaliya Prezidentinə raport verdi.
İtaliya Respublikasının və
Azərbaycan Respublikasının Dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın qarşısından keçdi.
18:18 30.09.2025
Oxunuş sayı: 988