Ermənilərin Qarabağa qayıdışı real deyil - Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan AŞPA (Avropa Şurası Parlament Assambleyası) iclasında iştirak və çıxış edib. Onun sözlərinə görə, ermənilərin Qarabağa qayıdışı Bakı ilə sülh prosesinə zərər verə bilər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Paşinyan AŞPA-da çıxışı zamanı bildirib ki, Qarabağı könüllü tərk edən və Azərbaycan vətəndaşlığını qəbul etməyən ermənilərin gələcəyi artıq Ermənistan və Ermənistan vətəndaşlığı ilə bağlıdır.
Sevinc Yarməmmədova
17:49 30.09.2025
Oxunuş sayı: 900