Prezident İlham Əliyev Anar İsmayılova general-mayor rütbəsi verib

Prezident İlham Əliyev Anar İsmayılova general-mayor hərbi rütbəsinin verilməsi barədə Sərəncam imzalayıb.
Crossmedia.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Polkovnik Anar Müslüm oğlu İsmayılova "general-mayor" ali hərbi rütbəsi verilsin".
16:53 30.09.2025
Oxunuş sayı: 1349