Allahşükür Paşazadə ABŞ-yə səfərə yola düşür

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarına səfərə yola düşür.
Bu barədə Crossmedia.az-a QMİ-dən məlumat verilib.
Qeyd edilib ki, İsa Məsih sonuncu gün müqəddəsləri kilsəsinin icması və Stirlinq Fondunun dəvəti ilə Yuta ştatına səfər proqramına uyğun olaraq QMİ sədri A. Paşazadə ştat rəhbərliyi ilə görüşlər keçirəcək, bir sıra tədbirlərdə iştirak edəcəkdir.
ABŞ-a səfəri çərçivəsində Şeyxülislam A. Paşazadənin Vaşinqtonda dinlər bağlı qurumlarda, habelə Senat və Konqres üzvləri ilə görüşləri nəzərdə tutulur.
QMİ sədrinin Nyu-Yorkda BMT rəsmiləri, "Dinlər Sülh uğrunda" Təşkilatı və "Vicdana çağırış" Fondunun rəhbərləri və b. ilə görüşləri planlaşdırılır.
15:01 30.09.2025
Oxunuş sayı: 769