Naxçıvan Ali Məclisinin 2025-ci il payız sessiyası açılıb

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisin 2025-ci il payız sessiyası açılıb
Crossmedia.az xəbər verir ki, sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il payız sessiyasının ilk plenar iclası keçirilib.
Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İclasın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi və cari məsələlər daxil edilib.
Gündəlik təsdiq olunduqdan sonra "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında" qərar layihəsi səsə qoyularaq qəbul edilib.(Report)
14:23 30.09.2025
Oxunuş sayı: 1164