Ersin Tatar: Azərbaycanın regionda sülhə verdiyi dəstəyi diqqətlə izləyirik

Azərbaycanın regionda sülhə verdiyi
dəstəyi diqqətlə izləyirik.
Crossmedia.az
xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC)
Prezidenti Ersin Tatar deyib.
"Azərbaycan və Ermənistan arasında
əldə olunan sülhü böyük məmnuniyyətlə izləyirik. Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın da bu sülh prosesinə güclü dəstəyi oldu. Mən bunu əvvəllər də
qeyd etmişəm, yenə təkrar etmək istəyirəm: biz özümüzü "bir millət, üç
dövlət" olaraq görürük. Türkiyə, Azərbaycan və Şimali Kipr Türk
Cümhuriyyəti Qafqaz, Anadolu və Şərqi Aralıq dənizi üçbucağında çox sıx
bağlıdır. Aramızdakı milli dəyərlər, mənəviyyat və tarix eyni millətin
övladları olaraq bizi birləşdirir", - Ersin Tatar bildirib.
O, Azərbaycanın Ermənistanla sülh
bağlaması, Qarabağ Zəfərindən sonra baş verən hadisələrin ölkənin inkişafına
müsbət təsir göstərəcəyinə inandığını qeyd edib.
ŞKTC lideri əlavə edib ki, gələn ay
Azərbaycana səfər edəcək:
"Azərbaycan hökumətinin
bölgəmizdəki problemlərin həllinə verdiyi ciddi dəstək var. Mən son iki ildə
bir neçə dəfə Azərbaycana səfər etmişəm. Hər dəfə də Prezident İlham Əliyev
məni yüksək səviyyədə qarşılayır. 6-7 oktyabr tarixlərində Prezident İlham
Əliyevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının toplantısında iştirak etmək
üçün yenidən Azərbaycana gələcəyəm".(Report)
20:42 29.09.2025
Oxunuş sayı: 861