TƏBİB Əməkdar artist Cabir İmanovun vəfat etməsi ilə bağlı açıqlama yayıb
Bu gün saat 13:38-də Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi ərazisindən Əməkdar artist Cabir İmanovun (1976-cı il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Crossmedia.az xəbər verir ki, bu barədə TƏBİB-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. “Saat 13:50-də təcili tibbi yardım briqadası tərəfindən Əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb”, - deyə məlumatda bildirilib.
15:25 29.09.2025
Oxunuş sayı: 2916