Deputatdan marjinal siyası qruplara əsaslı cavab

Müstəqilliyimizin bərpasından ötən dövr ərzində Azərbaycan böyük bir inkişaf yolu keçmiş, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmişdir. Bu gün ölkəmiz həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş, sözünə və əməli fəaliyyətinə güvənilən dövlət kimi tanınır. Azərbaycanın yüksəlişi, əldə etdiyi mühüm uğurlar və qlobal miqyaslı təşəbbüsləri xalqımızın milli maraqlarına xidmət etməklə yanaşı, beynəlxalq miqyasda da sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə yönəlib.
Təəssüf ki, bu reallıqları qəbul edə bilməyən, inkişaf yolumuzun qarşısını ala bilməyən bəzi marjinal siyasi qruplar və xarici dairələr hələ də qərəzli mövqelərini davam etdirirlər. Onların məqsədi Azərbaycan dövlətinin nüfuzuna xələl gətirmək, cəmiyyətimizdə inamsızlıq yaratmaqdır. Lakin faktlar və reallıqlar tamam fərqli mənzərəni ortaya qoyur: Azərbaycan son iki onillikdə möhtəşəm iqtisadi nailiyyətlər əldə etmiş, sosial rifahı yüksəltmiş və milli gücünü dəfələrlə artırmışdır.
Məhz bu reallıqlara istinad edərək, Milli Məclisin deputatı Vüqar Bayramov ölkəmizin uğurlarını həzm edə bilməyən marjinal qruplara əsaslı cavab vermiş, Azərbaycanın inkişaf yolunu faktlarla bir daha nümayiş etdirmişdir.
Milli Məclisin deputatı Vüqar Bayramov Crossmedia.az-a açıqlamasında Azərbaycanın uğurlarını həzm edə bilməyən marjinal siyasi qruplara və bəzi xarici dairələrə ünvanlanaraq bildirib ki, ölkəmiz Qafqazın aparıcı ölkəsi olaraq regional və bir sıra qlobal məsələlərə töhvə verməkdədir.
"Son 21 ildə Azərbaycan iqtisadiyyatının, eləcə də sosial təminat sisteminin kifayət qədər güclənməsi müşahidə olunub. 2003-cü il ilə müqayisədə Azərbaycanda minimum əməkhaqqı 38 dəfə, minimum pensiya 14 dəfə artıb. 2003-cü ildə Azərbaycanda ÜDM-in dollar ekvivalentində məbləği cəmi 7 milyard dollar idisə, bu gün həmin məbləğ 72 milyard dollardan çoxdur. Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları həmin dövrdə 2 milyard dolardan az idi. Ötən il bu rəqəm 75 milyard dollara çatıb.
Onun sözlərin görə, Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycan iqtisadiyyatının yenidən bərpa edilməsinə və 1993-cü ildə müşahidə edilən tənəzzülün qısa zamanda aradan qalxmasına
gətirib çıxardı. O vaxt Azərbaycanın ÜDM-i cəmi 375 milyon manat, büdcə gəlirləri isə cəmi 100 milyon manat idi. Çox qısa zamanda iqtisadiyyatdakı tənəzzülün qarşısı alındı və 1996-cı ildən ÜDM-dəki artım sonrakı dövrlərdə də sürətli iqtisadi artıma çevrildi. ÜDM çox qısa zamanda 4,5 dəfə artdı. Azərbaycan iqtisadiyyatı bir neçə il ərzində 5 dəfəyə yaxın böyüdü".
Elmir Heydərli
11:23 29.09.2025
Oxunuş sayı: 1685