"Turan Tovuz" "Kəpəz"ə qalib gəlib

Misli Premyer Liqasının VI turunda "Turan Tovuz"
"Kəpəz"ə qalib gəlib.
Crossmedia.az xəbər verir ki,
"Azərsun Arena"da keçirilən matç birincilərin 3:0 hesablı qələbəsi
ilə bitib.
Qolları Aleks Souza (32) Joarlem Santos
(36) və Filip Ozobiç (46) vurublar.
"Turan Tovuz" xallarının
sayını 12-yə çatdırıb. Gəncə klubu isə xalsızdır.
Qeyd edək ki, turun əvvəlki oyunlarında
"İmişli" "Zirə" (1:1) ilə, "Şamaxı"
"Araz-Naxçıvan"la (1:1), "Neftçi" isə "Karvan-Yevlax"la
(0:0) heç-heçə edib. "Qarabağ" "Qəbələ"ni 2:0 hesabı ilə
üstələyib.
20:13 28.09.2025
Oxunuş sayı: 1363