Azərbaycanla Qazaxıstan arasında ikitərəfli əlaqələr müzakirə olunub
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş
Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində
Qazaxıstanın baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu ilə
görüşüb.
Crossmedia.az xəbər verir ki,
bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım
edilib.
Nazirlər dinamik siyasi dialoqu, artan iqtisadi əməkdaşlığı və ikitərəfli və çoxtərəfli tərəfdaşlığın daha da möhkəmləndirilməsində yüksək səviyyəli təmasların rolunu vurğulayaraq, güclü Azərbaycan-Qazaxıstan strateji müttəfiqliyini alqışlayıblar.

20:54 25.09.2025
Oxunuş sayı: 3421