Abbas Abbasov: BTQ beynəlxalq platformalarda müstəmləkəçiliyə qarşı mübarizəni dəstəkləyir

2023-cü ildən Bakı Təşəbbüs Qrupu (BTQ) müxtəlif beynəlxalq
platformalarda müstəmləkəçi ölkələrin qanuni mübarizəsini dəstəkləməyə
başlayıb.
Crossmedia.az xəbər verir ki, bu
sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov BMT Baş
Assambleyasının 80-ci sessiyası çərçivəsində təşkilatın Nyu-York şəhərində
yerləşən mənzil-qərargahında keçirdiyi "Bujival razılaşmasından sonra
Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa dekolonizasiya?" adlı
beynəlxalq konfransda açılış nitqi zamanı deyib.
O
qeyd edib ki, BTQ müstəmləkəçiliyin aradan qaldırılması və onun nəticələri
barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayıb.
"BTQ yarandığı vaxtdan etibarən müstəmləkəçilik və neokolonializm
mövzularını uğurla hökumətlərarası təşkilatların gündəminə çıxarıb, bu
siyasətin nəticələri barədə beynəlxalq ictimaiyyətə dolğun məlumat verib",
- Qrupun icraçı direktoru vurğulayıb.
A.Abbasov
qeyd edib ki, təşkilat fəaliyyətə başladıqdan sonra dünya ictimaiyyətinin
kolonializm və neokolonializm mövzularında məlumatlılığı xeyli artıb. "Bu,
bizim təşkilatımızın və dənizaşırı ərazilərdə fəaliyyət göstərən qurumlarla sıx
əməkdaşlığımızın nəticəsidir. Məhz bu birgə fəaliyyət sayəsində beynəlxalq
təşkilatlarda bu mövzu daha tez-tez gündəmə gətirilir və təşkilatımıza maraq da
getdikcə artır".
21:52 25.09.2025
Oxunuş sayı: 1408