Qırğızıstan parlamenti buraxıldı – növbədənkənar seçkilər gözlənilir

Qırğızıstan parlamenti özünü buraxmaq qərarına gəlib. Noyabr ayında ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimal olunur.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edək ki, Qırğızıstanda sonuncu parlament seçkiləri 2021-ci ildə baş tutub. Həmin seçkilər də 2020-ci il seçkilərindən sonra yaranmış siyasi böhran fonunda erkən keçirilmişdi. O vaxt nəticələr ləğv olunmuş, prezident Sooronbay Jeenbekov isə istefa vermişdi.
20:06 25.09.2025
Oxunuş sayı: 2848