Çin dron mütəxəssisləri Rusiyanın hərbi zavodunda əməkdaşlığı dərinləşdirir

Çin pilotsuz uçan aparat mütəxəssisləri Qərbin sanksiyaları altında olan Rusiya silah istehsalçısında – İjevsk Elektromexanika Zavodunda (Kupol) hərbi dronların sınaqları və texnoloji inkişafı üçün dəfələrlə səfər ediblər.
Crossmedia.az "Reuters"ə istinadən xəbər verir.
Bildirilir ki, ötən ilin ikinci rübündən bu yana çinli mütəxəssislər Kupola altı dəfədən çox gediblər. Həmin müddətdə zavod, Rusiya vasitəçiləri üzərindən Çindən hücum və kəşfiyyat tipli dron partiyaları da alıb.
Bu əməkdaşlıq Çin şirkətləri ilə Kupol arasında pilotsuz təyyarələrin inkişafı sahəsində əlaqələrin dərinləşdiyini və Rusiyanın Ukraynadakı müharibəsi üçün kritik əhəmiyyət daşıdığını göstərir.
Avropa rəsmilərinin sözlərinə görə, Çin mütəxəssislərinin iştirakı və hücum təyyarələrinin tədarükü Kupolun yeni dron modellərinin istehsalını genişləndirməkdə maraqlı olduğunu ortaya qoyur. Rus tərəfi eyni zamanda “Geran-3”ün daha təkmil versiyasını hazırlayır və çinlilər bu prosesdə aktiv yardım göstərirlər.
Bundan əlavə, Çin ötən ay Rusiyaya 100 milyon dollarlıq mikrosxem çatdırıb ki, bu da hərbi texnologiyaların istehsalında mühüm rol oynayır.
19:40 25.09.2025
Oxunuş sayı: 2782