Hindistanın enerji seçimi: İran nefti geri dönür

Hindistan Rusiyadan neft idxalını dayandırmağa hazırdır, lakin bir şərtlə – ABŞ ona digər sanksiya altında olan ölkə, yəni İrandan neft idxalına icazə versin. Hind rəsmiləri bildiriblər ki, eyni anda həm İran, həm Rusiya, həm də Venesueladan idxalı dayandırmaq çətin qərardır. Buna görə də Vaşinqtonla xüsusi danışıqlar aparılıb.
Crossmedia.az "Bloomberg"ə istinadən xəbər verir.
Rəsmi statistikaya görə, Hindistan son altı ildə ilk dəfə İrandan neft alıb. Ölkə iyun ayında 207,6 min ton (gündə təxminən 50,4 min barel) xam neft idxal edib. Bu tədarük Reliance Industries şirkətinin Camnaqar neft emalı zavoduna (sutkada 1,4 milyon barel güc) yönəlib.
Qeyd edək ki, Hindistan sonuncu dəfə İrandan nefti 2019-cu ilin mayında, ABŞ sanksiyaları səbəbilə dayandırmışdı. İndi isə az miqdarda olsa da, idxalın bərpası gələcəkdə bu tədarükün tədricən artırılacağına işarə kimi qiymətləndirilir.
19:17 25.09.2025
Oxunuş sayı: 3053