WSJ: Nyu-Yorkda İranla danışıqlar nəticəsiz qaldı

BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda keçirilən İranla bağlı danışıqlar uğursuz olub.
Crossmedia.az xəbər verir ki, bu barədə The Wall Street Journal nəşrinin jurnalisti Lourens Norman “X” sosial şəbəkəsində yazıb.
Normanın paylaşımında avropalı diplomata istinadən qeyd olunur: “Dünən Nyu-Yorkda (İranla tətik mexanizmi – snapback barədə) danışıqlar aparıldı. Heç bir yeni irəliləyiş və nəticə yoxdur”.
Onun sözlərinə görə, Avropa mənbələri BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə uyğun olaraq sanksiyaların avtomatik şəkildə bərpasını nəzərdə tutan “tətik mexanizmi”nin planlaşdırıldığı kimi davam edəcəyini gözləyirlər.
Xumar Emilqızı
18:15 25.09.2025
Oxunuş sayı: 2835