İsrail Fələstin rəhbərliyinə sanksiya planı hazırlayır

İsrailin təhlükəsizlik xidmətləri BMT-nin Fələstin dövlətini tanımasından sonra Fələstin Administrasiyasının liderlərinə qarşı sanksiyaların tətbiqini təklif ediblər.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, sanksiyalar siyahısında Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbas da yer alır. Təklif olunan tədbirlər arasında hərəkət azadlığının məhdudlaşdırılması və maliyyə sanksiyaları xüsusi vurğulanır.
Məlumatda qeyd olunur ki, planlaşdırılan sanksiyalar mülki əhaliyə qarşı yönəlmiş addımları əhatə etmir.
Pərvin Hacıyeva
18:07 25.09.2025
Oxunuş sayı: 3350