Nyu-Yorkda Azərbaycan və Estoniyanın XİN başçıları görüşüblər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT
Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Estoniyanın xarici işlər
naziri Marqus Tsahkna ilə görüşüb.
Crossmedia.az xəbər verir ki,
Ceyhun Bayramov bu barədə "X"dəki hesabında yazıb.
"Biz
Azərbaycan-Estoniya əlaqələrinin gücləndirilmiş siyasi dialoq, müntəzəm
məsləhətləşmələr və yüksək səviyyəli qarşılıqlı səfərlər vasitəsilə inkişafını
müzakirə etdik.
Mən həmkarıma Azərbaycanın regionumuzda davamlı sülh və sabitliyin təşviqi istiqamətində göstərdiyi səylər barədə də məlumat verdim", - C.Bayramov qeyd edib.

06:57 25.09.2025
Oxunuş sayı: 4179