Azərbaycanla Dominikan arasında bir sıra şəxslər üçün viza rejimi ləğv olunub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT
Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Dominikan Respublikasının
xarici işlər naziri Roberto Alvareslə görüşüb.
Crossmedia.az xəbər verir ki, danışıqlarda əsas
diqqət siyasi dialoqun gücləndirilməsi, ticarət və turizm axınının artırılması,
əməkdaşlığın yeni sahələrinin araşdırılması olub.
Görüş
zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin
zəruriliyi vurğulanıb.
Nazirlər
"Azərbaycan Respublikası Hökuməti və Dominikan Respublikası Hökuməti
arasında diplomatik və xidməti, rəsmi pasportlara malik olan şəxslərin vizadan
azad edilməsi haqqında Saziş" imzalayıblar.
04:53 25.09.2025
Oxunuş sayı: 3638