İlham Əliyev BMT-də Azərbaycanın strateji mövqeyini dünyaya göstərdi - Deputat

Prezident
İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının 80-ci sessiyasında iştirak edərək
beynəlxalq ictimaiyyət qarşısında mühüm çıxışlar edib. Dövlət başçısı
çıxışlarında Azərbaycanın strateji mövqeyini, regiondakı nəqliyyat dəhlizlərinin
əhəmiyyətini və ölkəmizin beynəlxalq əməkdaşlıqlarını diqqət mərkəzinə gətirib.
İlham Əliyev həm regional iqtisadi inteqrasiyanın, həm də qlobal nəqliyyat və
logistika şəbəkələrində Azərbaycanın rolunun artırılmasının vacibliyini
vurğulayıb.Bu çıxışları həm diplomatik, həm də iqtisadi baxımdan ölkəmiz üçün
yeni imkanların açılması baxımından mühüm addım kimi qiymətləndirirlər.
Mövzu
ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Müşfiq Məmmədli
bildirib: “Ümumiyyətlə, Azərbaycanın son dövrlərdə, xüsusən nəqliyyat dəhlizlərinin
və regionda iqtisadi əməkdaşlığın sürətlənməsi sahəsində atdığı addımlar artıq
beynəlxalq media nümayəndələrinin də diqqətini cəlb edir. Demək olar ki, həm
region ölkələri arasında keçirilən görüşlər, həm də Azərbaycanın Avropa ölkələri,
xüsusilə enerji təhlükəsizliyində yaxından əməkdaşlıq etdiyi Yunanıstan və
İtaliya kimi ölkələr, eləcə də Ərəb ölkələri ilə münasibətləri, yeni
texnologiyalardan və yaşıl texnologiyalardan istifadə istiqamətində aparılan
danışıqlar, həm Azərbaycanda, həm də BMT sessiyası səviyyəsində aktiv şəkildə
müzakirə olunur. Bu baxımdan Azərbaycan, cənab Prezidentin siyasəti nəticəsində
enerji habına çevrilmə istiqamətində mühüm addım atıb".
Müşfiq
Məmmədli həmçinin qeyd edib: “Cənab Prezidentin çıxışlarında həm siyasi iradənin
olması, həm də Azərbaycan iqtisadi potensialının əməkdaşlıq etməkdə maraqlı
olan ölkələr qarşısında ortaya qoyulması diqqət çəkir. BMT sammitində iştirak
artıq qalib Azərbaycan dövlətinin mövqeyini göstərdi. Xüsusilə Birinci
vitse-prezident Mehriban Əliyevanın paylaşdığı video görüntülərdə də aydın
görünür ki, Prezident Trampın çıxışlarından sonra regionda sülhün təmin
olunması və nəqliyyat dəhlizlərinin açılmasında ABŞ-ın rolunu xüsusi qeyd etdi.
Azərbaycanın bu prosesdə həm təşəbbüskar, həm də sürətləndirici rol oynayan ölkə
olduğunu bir daha sübut etmiş oldu".
Mehriban
Yariyeva
21:24 24.09.2025
Oxunuş sayı: 4038