Serbiya Milli Assambleyasının sədri ölkəmizə səfərə gəlib

Serbiya Respublikası Milli Assambleyasının sədri Ana Brnabiç sentyabrın 23-də ölkəmizə rəsmi səfərə gəlib.
Crossmedia.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, hər iki ölkənin səfirləri Kamil Xasiyev, Draqan Vladisavljeviç və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, Milli Assambleya sədri Ana Brnabiç ölkəmizə rəsmi səfəri çərçivəsində bir sıra görüşlər
keçirəcək, qarşılıqlı münasibətlərin inkişafına dair fikir mübadiləsi aparacaq.
23:14 23.09.2025
Oxunuş sayı: 906