Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında yazılıb.
"Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!
Azərbaycan türkü qardaşlarımızı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edirik",-məlumatda qeyd olunub.
Bildirilib ki, Türkiyə "Bir Millət, İki Dövlət" anlayışı ilə hər zaman Azərbaycanla bir və bərabər olmağa davam edəcək.
11:52 20.09.2025
Oxunuş sayı: 1066