Şuşaya qalxan kimi ermənilər üstümüzə hücum çəkdi - XTQ mayoru - Müsahibə Anonsu

Azərbaycan xalqı Qarabağda əldə olunan möhtəşəm zəfərin 5-ci ildönümünü qarşılayır. Bu zəfər nəticəsində biz 30 illik işğala son qoyduq, ərazi bütövlüyümüzü bərpa etdik və "böyük ermənistan" ideologiyasını məhv etdik. Bu tarixi qələbəni bizə yaşadan hərbçilərimizlə, Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ailə üzvləri ilə hazırlayacağımız müsahibə və reportajları, ölkəmizdə və xaricdə zəfərin 5 illiyinə həsr olunan çalışma və fəaliyyətləri Crossmedia.az olaraq oxucularımıza çatdırmaq fikrindəyik. Bu münasibətlə "Zəfər - 5" adlı rubrika yaradıb, rubrika çərçivəsində möhtəşəm qələbəmizi sizə təqdim etmək fikrindəyik. Rubrikamızın ilk qonağı Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsinin qazisi Zaur Hüseynovdur. Qəhrəmanımızla müsahibənin anonsunu təqdim edirik :
Məktəbin şagird rəssamı kimi tanınırdım.
Hesab edirdim ki, bu vaxt Xüsusi Təyinatlı Qüvvələr qisas almağa hazırdır.
Yolda mina quraşdırıb düşməni pusquya salmaq istəyəndə düşmən son əsgərimizi qaçanda gördü və maşınları üstümüzə sürdülər.
Güllə yağışı altında hamımız "Allahu Əkbər" deyərək düşmən üzərinə irəliləməyə başladıq.
Ermənilər çaşıb özləri ilə atışmağa başladılar.
Şuşada dağı qalxıb yola çıxan kimi ermənilər tanklarla üzərimizə hücum çəkdi.
Noyabr ayının 6-sı səhər Şuşa qala divarlarında düşmənlə döyüşürdük.
Müsahibə yaxın zamanda Crossmedia.az saytında dərc ediləcək.
Ayhan
23:15 19.09.2025
Oxunuş sayı: 1212