Ruanda Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Ruanda Respublikasının Prezidenti Pol Kaqame sentyabrın 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Crossmedia.az xəbər verir ki, hər iki ölkənin Dövlət
bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.
Ruanda Respublikasının Prezidentini Azərbaycanın Baş
nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev
və digər rəsmi şəxslər qarşıladılar.
20:00 19.09.2025
Oxunuş sayı: 987