"Formula 1" üzrə Azərbaycan Qran-prisinin kuboku "Odlar Yurdu"na həsr olunub

"Formula 1" üzrə Azərbaycan Qran Prisinin kuboku
"Odlar Yurdu"na həsr olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası
Əməliyyat Şirkətindən məlumat yayıb.
Məlumata görə, yarışın qaliblərinə təqdim olunacaq kubok
yenilənmiş dizaynı ilə diqqət çəkir.
Dünyaca məşhur dizayn şirkəti Pininfarina tərəfindən
hazırlanan rəsmi mükafat Azərbaycanın "Odlar Yurdu" kimi tanınmasına
simvolizə edir.
Kubokun əsas özəlliyi onun alov təsiri yaradan formasıdır.
Yan tərəflərində isə Azərbaycanın zəngin xalçaçılıq ənənələrindən ilhamlanan
naxışlar həkk olunub. "Xan Qarabağ" motivindən götürülmüş bu elementlər
sürət, hərəkət və dövrəni təcəssüm etdirərək Formula 1-in dinamik ruhunu milli
irslə birləşdirir.
Qeyd edək ki, kubok final yarışından sonra qaliblərə təqdim
olunacaq. Bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa
çatacaq.
18:17 19.09.2025
Oxunuş sayı: 1607