İlham Əliyev: Azərbaycan antisemitizmin, etnik-dini dözümsüzlüyün olmadığı nadir məkanlardan biridir

Müasir dünyada Azərbaycan antisemitizmin, ksenofobiya və etnik-dini dözümsüzlüyün mövcud olmadığı nadir məkanlardan biridir.
Crossmedia.az xəbər verir ki, bu barədə Prezident İlham
Əliyevin Azərbaycanın yəhudi icmasına yəhudi xalqının yeni il bayramı – Roş
ha-Şana münasibətilə təbrikində deyilir.
Dövlət başçısı qeyd edib ki, mədəni müxtəlifliyin qorunub
saxlanılması, etnik azlıqların dil və mədəniyyətinin inkişafı, multikultural dəyərlərin
təşviqi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir:
"Yəhudiəsilli vətəndaşlarımız ictimai-siyasi həyatın
bütün sahələrində yaxından iştirak edir, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin
daha da gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması işinə layiqli töhfələr verirlər".
17:49 19.09.2025
Oxunuş sayı: 1044