Deputat: Məişət zorakılığı ilə bağlı qanuna dəyişikliklərə ehtiyac var

Məişət zorakılığı ilə bağlı qanuna dəyişikliklərə ehtiyac var.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Tamam Cəfərova komitənin bugünkü iclasında deyib.
O qeyd edib ki, xüsusilə qadın qətlləri ilə bağlı ciddi xəbərlər yayılır:
"2024-cü ildə 2023-cü ilə nisbətən daha az qadın qətli qeydə alınıb. Lakin bu yenə də problem olaraq qalır. Az qala, hər həftə, 10 gündən bir qadınların qətlə yetirilməsi ilə bağlı xəbərlər yayılır. Çox təəəssüfləndirici haldır ki, ailə üzvü olan, birlikdə yaşadığı kişilərin qurbanına çevrilirlər. Hətta yeniyetmə oğlanlar anasını, atalar öz qızlarını qətlə yetirirlər. Bu çox ciddi müzakirə olunmalıdır".
Deputatın sözlərinə görə, təəəssüf ki, dünyada da bu tendensiya var:
"Məsələn, oxuduğuma görə İtaliyada məişət zəmnində törədilən qadın cinayətinə görə ömürlük həbs cəzasının verilməsi müzakirə olunur. Bu məsələ ilə bağlı Milli Məclisdə ictimai dinləmənin keçirilməsi çox faydalı ola bilər".
16:01 19.09.2025
Oxunuş sayı: 700