Hicran Hüseynova: Bəzi qəbul olunmuş qanunları insanların çoxu dərk etmir

Bəzi qəbul olunmuş qanunları insanların çoxu dərk etmir.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitənin bugünkü iclasında deyib.
Onun sözlərinə görə, bu cür ciddi məsələlərlə bağlı dinləmələr keçirilsə də, problem qalır:
"Biz çox yaxşı qanunlar qəbul edirik, amma onların icrası necə olmalıdır?! Bu istiqamətdə işimizi daha da gücləndirməliyik. İcraçı orqanların, QHT-lərin iştirakı ilə daha çox dinləmə keçirə bilərik".
15:38 19.09.2025
Oxunuş sayı: 724