Sadiq Qurbanov: Suverenliyin bərpası 1918-ci ildən bəri davam edən milli mübarizənin tarixi zirvəsi idi

Azərbaycanın dövlət suverenliyinin 2023-cü ildəki bərpası 1918-ci ildən bəri davam edən milli mübarizənin tarixi zirvəsi idi.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Konstitusiya və Suverenlik İli" çərçivəsində parlamentdə keçirilən Dövlət Suverenliyi Günü ilə bağlı konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dövlət suverenliyi və müstəqilliyinin əhəmiyyətini xalqın şüurunda qorumaq və gələcək nəsillərə lazımi səviyyədə çatdırmaq lazımdır.
"Əlbəttə, bütün bunlar təhsil, mədəniyyət və digər bu kimi sahələrdə də özünü göstərməlidir. Suveren dövlət olaraq qarşımızda bir sıra mühüm vəzifələr dayanır. Güclü ordu, güclü dövlət quruculuğu, eləcə də vətəndaşların hüquqlarının aliliyinin təmini istiqamətində fəaliyyət davam etdirilməlidir", - deputat vurğulayıb.
11:14 19.09.2025
Oxunuş sayı: 1141