Narkotiklərlə mübarizədə 2025–2030-cu illər üçün Dövlət Proqramının məqsədləri açıqlanıb

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramının məqsədləri açıqlanıb.
Crossmedia.az xəbər verir ki, Dövlət Proqramına əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməliyyat-axtarış tədbirlərinin və profilaktik tədbirlərin gücləndirilməsi nəzərdə tutulub.
Bundan başqa antinarkotik təbliğatının səmərəliliyinin artırılması, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, aidiyyəti qeyri-hökumət təşkilatlarının, o cümlədən digər vətəndaş cəmiyyəti institutlarının tədbirlərin icrasına cəlb olunması bildirilir.
Həmçinin Dövlət Proqramının məqsədləri arasında müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməklə, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkoloji xidmətin təkmilləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi, narkotik asılılığından əziyyət çəkən şəxslər üçün psixoloji dəstək proqramlarının hazırlanması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində yeni üsulların tətbiqi, normativ hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulur.
17:47 17.09.2025
Oxunuş sayı: 660