Gürcüstan Azərbaycana olan borcunu tamamilə ödəyib

Gürcüstan həmçinin Türkiyə, İran, Rusiya, Qazaxıstan və Ermənistana olan borclarını da tam şəkildə bağlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, söhbət Gürcüstanın 1999-cu ilə qədər götürdüyü 160 milyon ABŞ dolları məbləğində borcdan, 1999-cu ildən 2004-cü ilin may ayınadək toplanmış faizlərdən, eləcə də 2004–2006-cı illərdə ödənilməli olan borclardan gedir. Ümumi məbləğ 225 milyon dollardan çox olub.
Fatimə Məmmədova
14:24 17.09.2025
Oxunuş sayı: 1331