İsrail baş naziri: Terrorçulara sığınacaq verən ölkələr suverenlik toxunulmazlığına malik deyil

İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, terrorçulara sığınacaq verən ölkələr öz suverenliklərinin toxunulmazlığı hüququna sahib deyillər. O, bu fikri İsrail Hərbi Hava Qüvvələrinin Qətərə endirdiyi zərbəni şərh edərkən bildirib. Hücumun məqsədi HƏMAS rəhbərliyinin zərərsizləşdirilməsi olub.
Crossmedia.az bildirir ki, Netanyahu çıxışında BMT Təhlükəsizlik Şurasının 1373 saylı qətnaməsini xatırladıb və İsrailin addımlarını 11 sentyabrdan sonra ABŞ-ın Əfqanıstandakı hərbi kampaniyası ilə müqayisə edib. Baş nazirin sözlərinə görə, Dohada keçirilən əməliyyat radikallara mesajdır: İsrail onları dünyanın hər yerində izləyəcək.
17:37 15.09.2025
Oxunuş sayı: 547