Azərbaycan və NATO tərəfdaşlığının inkişafı müzakirə olunub

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, İsveçin Azərbaycandakı səfiri Tobias Lorentsson və Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımovla görüşüb. Görüşdə Azərbaycan və NATO arasında əməkdaşlığın gələcək inkişafı ilə bağlı müzakirələr aparılıb.
Crossmedia.az bildirir ki, məlumatı İsveç səfirliyi yayıb. Məlumatda deyilir: “Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə faydalı müzakirə üçün minnətdarlığımızı bildiririk. Görüşdə Azərbaycanın NATO ilə tərəfdaşlığının gələcək inkişafı və regional məsələlər müzakirə olunub. 2025–2026-cı illərdə Slovakiya və İsveçin Azərbaycandakı səfirlikləri NATO-nun Azərbaycandakı əlaqələndirici səfirlikləri funksiyasını yerinə yetirəcək”.
16:47 15.09.2025
Oxunuş sayı: 1161