Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb

Yola salınan növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb.
Crossmedia.az xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə ümumilikdə 139 nəfər olmaqla 32 ailə köçürülüb.
Bununla da Kəlbəcərə köçürülən sakinlərin sayı 223 nəfərə (52 ailə) çatdırılıb.
15:26 15.09.2025
Oxunuş sayı: 636