"Əhalinin sağlamlığının qorunması haqqında" qanuna dəyişiklik ediləcək

"Əhalinin sağlamlığının qorunması haqqında" qanuna əlavə və dəyişikliklər ediləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bugünkü iclasında deyib.
Onun sözlərinə görə, "Əhalinin sağlamlığının qorunması haqqında" qanunun yenilənməsinə ehtiyac var:
"Hazırda Səhiyyə Nazirliyi ilə birgə qanunun yenidən işlənməsi ilə əlaqədar iş aparılır".
12:13 15.09.2025
Oxunuş sayı: 576