İqbal Ağazadə: “Qarabağın bizim olduğunu az qala unutmuşduq”

“Cəmiyyət özü sınaq qarşısındadır və yeni dövrə adaptasiya olmağı düşünür. Hər gün şəhid verən, bütün telekanallarda xəbərləri izləyən seçicinin eşitdiyi tək cümlə “cəbhə bölgəsində nisbi sakitlikdir, atəşkəs pozulmayıb”idi. Yaxud da “cəbhədən ağır xəbərlər gəlib” olurdu. Bu gün isə seçici 30 il eşitdiyi eyni xəbərdən təmamilə fərqlənən bir xəbər eşidir. Bu gün Qarabağda bərpa və quruculuq işləri gedir. Seçici buna hazırdırmı?”.
Bu sözləri Crossmedia.az-a geniş müsahibəsində “Ümid” partiyasının sədri İqbal Ağazadə deyib.
“Qarabağa səfər edən hər hansı Azərbaycan vətəndaşı bura gələndə ilk sual o olur ki, nə gördün? Çünki seçici yaxşı mənada bu hadisənin şokundadır. Çünki Qarabağı bizdən elə almışdılar ki, bizim olduğunu da az qalsın unutmuşduq. Biz Şuşanı azad edənə qədər Azərbaycan ictimai rəyində bir adam demirdi ki, Xankəndisiz, Hadrutsuz, Əsgəransız Qarabağ olmaz. Deyirdilər ki, Şuşasız, Laçınsız Azərbaycan olmaz”. Şuşanı azad edəndən sonra gördük ki, bizim Əsgəranımız, Hadrutumuz, Xankəndimiz var. Biz hələ indi adaptasiya oluruq ki, bizim Ağdərəmiz var. Cəmiyyət hələ bunları qəbul etməlidir. Adaptasiyadan sonra yeni bir mərhələ başlayacaq. Onda insanlar cəmiyyət və hakimiyyət problemlərinə də kompleks yanaşacaqlar. Sual verəcəklər ki, nə etmək lazımdır? İndiyə qədər problemlər milli idi və insanlar bu problemlərə situativ yanaşırdı. Məsələn “filan məmurdan narazıyıq çıxsın”, “filan nazir işdən azad edilsin”. Amma indi cəmiyyət sistemi formalaşdırmağa başlayacaq”, - o bildirib.
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/index.php/az/article/45118
Kənan Novruzov,
Ayhan Ağarzayev
22:29 13.09.2025
Oxunuş sayı: 1346