Növbəti köç karvanı Xocalının Daşbulaq kəndinə çatıb

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Daşbulaq kəndinə çatıb.
Crossmedia.az-ın xəbərinə görə, Daşbulaq kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Daha sonra bu mərhələdə Daşbulaq kəndinə köçürülən 67 nəfərdən ibarət köçürülən 13 ailəyə evlərin açarları təqdim ediləcək
16:20
“Böyük Qayıdış” planına uyğun olaraq, Xocalı Daşbulaq kəndinə ilk köç karvanı yola düşüb.
Crossmedia.az xəbər verir ki, ilkin mərhələdə Daşbulaq kəndinə 13 ailə 67 nəfər sakin köçürülür.
Qeyd edək ki, kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
17:06 13.09.2025
Oxunuş sayı: 697