Deputat: "Azərbaycanda zəhərlənmələrin əsas səbəbi kustar istehsal məhsullarıdır"

Azərbaycanda zəhərlənmələrin əsas səbəblərindən biri odur ki, kustar üsulla istehsal məhsullara nəzarət edilmir.
Crossmedia.az xəbər verir ki, bunu deputat Tahir Rzayev Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında bildirib.
Onun sözlərinə görə, fərdi şəkildə kustar üsulda istehsal olunan məhsullar zəhərlənmələrə səbəb olub: "Bu məhsulların əksəriyyəti restoran və kafelərə gizli şəkildə tədarük olunur. Zəhərlənmələrin əsas səbəbi odur ki, belə məhsullara nəzarət olunmur. Sahibkar məsuliyyətini dərk etməlidirlər ki, bu məhsullar mütləq nəzarətdən keçirilsin və daha sonra restoranlara verilsin".
T. Rzayev qeyd edib ki, bu məhsulların hamısının dövlət tərəfindən alınması və onu istehlakçıya çatdırılması söyləmək doğru deyil: "Hazırda bazar iqtisadiyyatıdır və o, hər şeyi təzimliyir. Biz gedib deyə bilmərik ki, sən bal istehsal etmisən və bunu 10 manata satmalısan. Bu zaman çox ciddi problemlər yarana bilər".
12:31 12.09.2025
Oxunuş sayı: 1149