Ermənistan prezidenti: Yolda amerikalılar olmayacaq, heç kim olmayacaq

“Vaşinqtonda əldə etdiyimiz ən vacib şey odur ki, hər iki tərəf, yəni Azərbaycan və Ermənistan razılaşdılar ki, dinc yaşasınlar. Xüsusən də ən yüksək səviyyədə iki ölkənin rəhbərləri bəyan etdilər ki, biz doğrudan da hazırıq, hər şeyi edəcəyik ki, sadəcə olaraq dinc yaşamağa başlayaq”.
Crossmedia.az-ın məlumatına görə, bunu “RTVI Novosti”yə verdiyi müsahibədə Ermənistan prezidenti Vaaqn Xaçaturyan bildirib.
Xaçatryan qeyd edib ki, ərazi bütövlüyünün pozulmaması bəndi Ermənistan və Azərbaycanın qəbul etdiyi bəyannamədə göstərilib.
“Bəyannamədə nizamlamanın əsas prinsipləri, TRIPP yollarının iş prinsipləri yazılıb. Ərazi bütövlüyü, ikinci – müstəqillik, üçüncü – yurisdiksiya, dördüncü – qarşılıqlılıq, beşinci – suverenlik var. Bu qədər. Biz bu prinsiplərə uyğun işləyəcəyik. Bu yol TRIPP adlanır”, - deyə Ermənistan prezidenti bildirib.
O vurğulayıb ki, yolda amerikalılar olmayacaq.
“Xeyr. Amerikalılar olmayacaq, heç kim olmayacaq. Orada ermənilər olacaq”, - deyə Ermənistan prezidenti bildirib.
10:05 12.09.2025
Oxunuş sayı: 1043