ABŞ-da siyasətçinin qətli: Gürcüstan prezidenti açıqlama verdi

Gürcüstan Prezidenti Mixeil Kavelashvili ABŞ-da qətlə yetirilən amerikalı siyasətçi Çarli Kirk barədə açıqlama verib. O, Kirk-in ölümünü “liberal faşizmin qurbanı” adlandırıb. Prezidentin sözlərinə görə, bu hadisə birbaşa olaraq siyasətçinin mühafizəkar baxışları, psevdoliberal ideologiyanı tənqid etməsi və LGBT təbliğatına qarşı mübarizəsi ilə bağlıdır. Kavelashvili bildirib ki, zorakılığa çağırış edən, qəbulolunmaz ideyaları müdafiə edən və “eybəcər ideologiyanı” yaymağa çalışan hər kəs Kirk-in qətlinə dolayı şəkildə məsuliyyət daşıyır.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, ABŞ prezidenti Donald Trampın tərəfdarı olan 31 yaşlı mühafizəkar siyasətçi Çarli Kirk Yuta Universitetinin kampusunda çıxışı zamanı snayper gülləsinə tuş gəlib.
Onun boğaz nahiyəsinə dəqiq atəş açıldığı qeyd olunur. Hadisə ölkədə geniş rezonans doğurub və ictimaiyyət arasında böyük müzakirələrə səbəb olub.
22:36 11.09.2025
Oxunuş sayı: 944