Həftəsonuna qədər küləkli hava davam edəcək

Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də arabir yağış yağacağı gözlənilir.
Bu barədə Crossmedia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.
Küləkli hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir.
14:51 11.09.2025
Oxunuş sayı: 1057