Milli Məclisin prosedur qaydalarında dəyişikliklər ediləcək

"Milli Məclisin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" və "Milli Məclisin komitələri haqqında" qanunlara dəyişiklik ediləcək.
Crossmedia.az xəbər verir ki, bununla bağlı sənəd artıq qanunverici orqana daxil olub.
Dəyişiklik layihələrinin parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılması nəzərdə tutulub.
İclasın gündəliyində həmçinin "Dövlət xidmətləri haqqında" qanun layihəsinə təklif olunan dəyişikliklərə də baxılacaq.
16:11 10.09.2025
Oxunuş sayı: 1296