AQEM-in Baş katibi: TDT ilə əlaqələr qurmağı düşünürük

AQEM olaraq Türk Dövlətləri Təşkilatı ilə əlaqələr qurmağı düşünürük.
Crossmedia.az xəbər verir ki, bunu AQEM-in Baş katibi Kayrat Sarıbay Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü toplantısınının “Beynəlxalq təşkilat kimi AQEM — transformasiya və institusional potensialın artırılması” sessiyasında deyib.
“Bizim bir sıra beynəlxalq təşkilatlarla əlaqələrimiz var. Digər təşkilatlarda da, o cümlədən Türk Dövlətləri Təşkilatı ilə də münasibətlər qurmağı düşünürük”, - AQEM-in baş katibi qeyd edib.
Kayrat Sarıbay təhlükəsizlik məsələləri ilə bağlı danışarkən AQEM-in ATƏT-dən nə ilə fərqləndiyini də açıqlayıb:
“ATƏT güclü dövlətlərin kompromisi nəticəsində qurulub. AQEM-in əsas sənədi olan Almatı aktında isə, bizim təşkilatımızın orta gücdə olan ölkələri bir yerə toplayıb beynəlxalq aləmdə təhlükəsizlik boşluqlarını doldurması nəzərdə tutulub”.
O təşkilatın blok yox, daha çox platforma, çətir təşkilatı olduğunu ifadə edib və AQEM-i yeganə pan-Asiya təşkilatı adlandırıb.
11:33 10.09.2025
Oxunuş sayı: 887