Rəsmi Bakı Qətərə hücumdan narahatdır

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Qətərin paytaxtı Doha şəhərinə hücuma münasibət bildirib.
Crossmedia.az
xəbər verir ki, nazirliyin "X" hesabında paylaşılan məlumatda
deyilir:
"Biz
regional gərginliyi daha da gücləndirmək riski ilə Qətərə qarşı bugünkü
hücumdan dərin narahatıq. Biz Qətərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik
və regionda sabitliyi qorumaq üçün diplomatik səylərə üstünlük verməyə
çağırırıq".
23:10 09.09.2025
Oxunuş sayı: 1345