Keniya və Azərbaycan Huduma ilə ASAN Xidmət arasında təcrübə mübadiləsini müzakirə edib

Azərbaycanın səfiri Sultan Hacıyev Keniya rəsmiləri ilə dövlət xidmətləri sahəsində əməkdaşlığa dair görüş keçirib.
Crossmedia.az
xəbər verir ki, bu barədə Keniyanın Nazirlər Kabinetinin İnsan Kapitalının
İnkişafı və Xüsusi Proqramlar üzrə katibi Cefri Kirinqa Ruku "X"
sosial şəbəkəsində yazıb.
Dialoqun
əsas istiqaməti Keniyanın Huduma mərkəzləri ilə dövlət xidmətlərinin göstərilməsi
üçün uğurlu "bir pəncərə" modeli hesab edilən Azərbaycanın ASAN Xidmət
sistemi arasında təcrübə mübadiləsi olub.
Görüşdə
həmçinin Keniyanın Dövlət Qulluğu və İnsan Kapitalının İnkişafı üzrə Baş katibi
Ceyn Kere İmbunya və Xarici İşlər Nazirliyinin nümayəndələri də iştirak ediblər.
21:10 09.09.2025
Oxunuş sayı: 1496