Azərbaycan və Latviya arasında strateji dialoqun dördüncü iclası keçirilib

Azərbaycan və Latviya arasında strateji dialoqun dördüncü iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə
xarici işlər nazirinin müavini Fariz Rzayev, Latviya Respublikasının nümayəndə
heyətinə Xarici İşlər Nazirliyində dövlət katibinin müavini İvars Lasis rəhbərlik
edib.
İclas zamanı ikitərəfli münasibətlər, siyasi, iqtisadi və
humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri
müzakirə edilib. Beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlığın inkişaf
etdirilməsinin vacibliyi vurğulanıb.
Qarşı tərəf postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və
reallıqlar, mina təhdidi ilə mübarizə səyləri, Azərbaycanın işğaldan azad
edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı yenidənqurma işləri, eləcə
də Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı və 8 avqust 2025-ci il
tarixli Vaşinqton görüşünün nəticələri, eləcə də ATƏT-in Nazirlər Şurasının
ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların bağlanmasına dair cari ilin 1
sentyabr tarixli qərarı barədə ətraflı məlumatlandırılıb.
İclasda həmçinin qarşılıqlı maraq doğuran digər qlobal,
regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
18:43 09.09.2025
Oxunuş sayı: 1083