Fernandu Santuş Azərbaycan millisində qələbə qazana bilməyən ilk əcnəbi baş məşqçi olub

Portuqaliyalı baş məşqçi Fernandu Santuş Azərbaycan millisində qələbə qazana bilməyən ilk əcnəbi mütəxəssis kimi antirekorda imza atıb.
Crossmedia.az xəbər verir ki, yığma onun rəhbərliyi altında keçirdiyi 11 matçın 9-da məğlub olub, 2-də heç-heçə edib.
2007-2008-ci illərdə müvəqqəti bu posta təyinat alan və üç görüşdə bir heç-heçə, iki məğlubiyyətlə yadda qalan Qyoko Haciyevskidən başqa heç heç bir mütəxəssis belə göstərici ilə yadda qalmayıb.
Komanda braziliyalı Karlos Alberto Torreslə 2 qələbə, 5 heç-heçə, 11 məğlubiyyət, almaniyalı Berti Foqtsla 15 qələbə, 22 heç-heçə, 34 məğlubiyyət, Robert Prosineçki ilə 6 qələbə, 6 heç-heçə, 11 məğlubiyyət, Nikola Yurçeviçlə 1 qələbə, 2 heç-heçə, 7 məğlubiyyət, Canni De Byazi ilə 10 qələbə, 8 heç-heçə, 21 məğlubiyyət əldə edib.
Azərbaycan millisi son olaraq sentyabrın 5-də, DÇ-2026-nın seçmə mərhələsindəki ilk görüşündə səfərdə İslandiyaya məğlub olub - 0:5.
Qeyd edək ki, yığma sentyabrın 9-da Bakıda Ukraynanı qəbul edəcək. Komandanı oyuna Azərbaycanın U-21 millisinin baş məşqçisi Ayxan Abbasov çıxaracaq.
14:39 08.09.2025
Oxunuş sayı: 958