Qətərin Baş naziri: Azərbaycanla münasibətlərimiz dostluq və tərəfdaşlığa əsaslanır

Qətərin Azərbaycanla münasibətləri səmimi dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslanır.
Crossmedia.az xəbər verir ki, bunu Qətərin Baş naziri və
xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani bu ölkədə səfərdə
olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdə deyib.
O, ölkəsinin Azərbaycanla münasibətlərinin səmimi dostluq və
tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib, iqtisadi sahədə işbirliyinin
genişləndirilməsinə dair fikirlərini bölüşüb. Tərəflər ölkələrimiz arasında
iqtisadi-ticarət tərəfdaşlığının möhkəmləndirilməsi istiqamətlərini dəyərləndiriblər.
21:02 06.09.2025
Oxunuş sayı: 1624