Azərbaycanla Qətər arasında prioritet sektorlar üzrə tərəfdaşlığın gücləndirilməsi haqqında fikir mübadiləsi aparılıb

Azərbaycanla Qətər arasında prioritet sektorlar üzrə tərəfdaşlığın gücləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.
Crossmedia.az xəbər
verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki
hesabında bildirib.
"Qətərə səfərimiz çərçivəsində bu ölkənin ticarət və sənaye
naziri Şeyx Faisal bin Tani bin Faisal Al Tani ilə görüşdük. Azərbaycan - Qətər
ticarət əlaqələrinin möhkəmləndirilməsinin, qarşılıqlı investisiyaların həcminin
artırılmasının hər iki ölkənin iqtisadi inkişafına töhfə verəcəyini vurğuladıq.
Enerji, yaşıl texnologiyalar, kənd təsərrüfatı və infrastruktur kimi prioritet
sektorlar üzrə tərəfdaşlığın gücləndirilməsi haqqında fikir mübadiləsi
apardıq", - M.Cabbarov qeyd edib.
19:37 06.09.2025
Oxunuş sayı: 1013